Çempionlar Liqası: Zədəlilər, cəzalılar, ƏMSALLAR...
15.03.2023 - 13:00
Çempionlar Liqası: Zədəlilər, cəzalılar, ƏMSALLAR...

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində son iki matç keçiriləcək.

1/4 finala son iki vəsiqənin sahibi Neapol və Madriddə bəlli olacaq. Hər iki cütün taleyi böyük ölçüdə ilk qarşılaşmada həll olunduğundan bu dəfə yalnız möcüzə nəyisə dəyişə bilər.

“Real” 5:2 hesabı ilə darmadağın etdiyi “Liverpul”la duelə böyük üstünlüklə çıxacaq. Almaniyada “Ayntraxt”ın qapısından iki top keçirən “Napoli” də doğma azarkeşlər önündə üstün durumda oynayacaq.

Qeyd edək ki, “Bavariya, “Benfika”, “Çelsi”, “İnter”, “Mançester Siti” və “Milan” artıq 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
15 mart

00:00. “Napoli” – “Ayntraxt”
Baş hakim:
Entoni Teylor (İngiltərə)
Zədəlilər: Cakomo Raspodori (“Napoli”), Junior Dina Ebimbe, Yesper Lindstryom, Marsel Veniq (hamısı “Ayntraxt”)
Cəzalı: Rendal Kolo Muani (“Ayntraxt”)
Əmsallar: 1 – 1,50, X – 4,80, 2 – 7,10
Neapol. Dieqo Armando Maradona stadionu
İlk oyun – 2:0

00:00. “Real” – “Liverpul”
Baş hakim:
Feliks Zvayer (Almaniya)
Zədəlilər: David Alaba (“Real”), Luis Dias, Cordan Henderson, Tyaqo Alkantara, Kelvin Remsi, Stefan Bayçetiç (hamısı “Liverpul”)
Zədə üzündən sual altında olan: Co Qomes (“Liverpul”)
Əmsallar: 1 – 2,28, X – 4,00, 2 – 3,06
Madrid. “Santyaqo Bernabeu” stadionu
İlk oyun – 5:2

0