Çempionlar Liqası: Zədəlilər, ƏMSALLAR...
12.04.2023 - 11:56
Çempionlar Liqası: Zədəlilər, ƏMSALLAR...

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində iki qarşılaşma baş tutacaq.

İtaliya klublarının duelində “Milan” “Napoli”ni qəbul edəcək. Avropa təcrübəsi qat-qat yüksək olan meydan sahibləri ilə A seriyasının liderinin qarşılaşmasında şanslar bərabər qiymətləndirilir. Lakin neapolluların iki hücumçusunun xidmətindən məhrum olması Milan klubunun xeyrinə ola bilər.

Turnirin son qalibi “Real” “Çelsi”ni sınağa çəkəcək. Madridlilər yenə kuboku qazanmağa əsas namizədlərdən hesab olunur. Qeyri-sabit çıxışı ilə seçilən İngiltərə klubu iddialı rəqibi büdrətmək niyyətindədir.

Qeyd edək ki, cavab oyunları aprelin 18-19-da keçiriləcək.

Çempionlar Liqası
1/4 final, ilk oyunlar
12 aprel
23:00. “Milan” – “Napoli”
Baş hakim:
İştvan Kovaç (Rumıniya)
Zədəlilər: Pyer Kalulu (“Milan”), Viktor Osimhen, Covanni Simeone (hər ikisi “Napoli”)
Əmsallar: 1 – 2,81, X – 3,30, 2 – 2,81
Milan. “San Siro” stadionu

23:00. “Real” – “Çelsi”
Baş hakim:
Fransua Leteksye (Fransa) 
Zədəlilər: Ferlan Mendi (“Real”), Armando Broya, Karni Çukvuemeka (hər ikisi “Çelsi”)
Əmsallar: 1 – 1,64, X – 4,24, 2 – 5,95
Madrid. “Santyaqo Bernabeu” stadionu
 

0