Çempionlar Liqası: ZƏDƏLİLƏR, ƏMSALLAR...
10.05.2023 - 12:26
Çempionlar Liqası: ZƏDƏLİLƏR, ƏMSALLAR...

Bu gün Çempionlar Liqasında 1/2 final mərhələsinin ilk oyunları başa çatacaq.

Apasport.az saytının məlumatına görə, İtaliya klubları Milan derbisində üz-üzə gələcək.

Ev oyunlarını eyni stadionda keçirən “Milan”la “İnter” “San Siro”da qarşılaşacaq. A seriyasında işləri yaxşı getməyən həmşəhərlilər qitənin ən nüfuzlu klub turnirində uğur qazanmağa iddialıdır.

Daxili arenada “Top-4”ə düşməklə Çempionlar Liqasına vəsiqə qazanmağa çalışan milanlılar final yolunda ilk dueldə münasibətlərini aydınlaşdıracaq. Altı gündən sonra yenidən eyni arenada görüşəcək rəqiblər azarkeşlərinə derbi qələbəsi bəxş etmək üçün mübarizə aparacaq.

Qeyd edək ki, bir gün əvvəl baş tutan “Real” - “Mançester Siti” matçında qalib müəyyənləşməyib.

Çempionlar Liqası
1/2 final, ilk oyun
10 may
23:00. “Milan” - “İnter”
Baş hakim:
Xesus Xil Mansano (İspaniya)
Zədəlilər: Tommaso Pobeqa (“Milan”), Dalbert, Milan Şkrinyar (hər ikisi “İnter”)
Zədə üzündən sual altında olanlar: Rafael Leao (“Milan”), Robin Qosens, Danilo Dambrozio (hər ikisi “İnter”) 
Əmsallar: 1 – 3,22, X – 3,19, 2 – 2,55
Milan. “San Siro” stadionu
 

0