"Mançester Yunayted"dən qələbə, "Barselona" yarımfinalda
26.01.2023 - 01:59
"Mançester Yunayted"dən qələbə, "Barselona" yarımfinalda

"Mançester Yunayted" İngiltərə Liqa Kubokunun yarımfinalının ilk görüşündə qələbə qazanıb.

Apasport.az xəbər verir ki, "Qırmızı şeytanlar" səfərdə "Notinqem Forest"i böyük hesabla məğlub edib – 3:0. Tərəflər arasında cavab oyunu "Old Traford"da keçiriləcək.

İspaniya Kubokunun 1/4 finalında isə "Barselona" öz meydanında "Real Sosyedad"ı qəbul edib. 52-ci dəqiqədə Usman Dembelenin vurduğu qol "Barselona"ya qələbə qazandırıb.

0