Portuqaliya mundiala qələbə ilə başladı - YENİLƏNİB
24.11.2022 - 21:58
Portuqaliya mundiala qələbə ilə başladı - YENİLƏNİB

Bu gün DÇ-2022-nin H qrupunda I tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, bu qrupda mübarizəyə qoşulan sonuncu komandalar Portuqaliya və Qana olub.

XXI əsrin iki ən yaxşı futbolçusundan biri sayılan Kriştiano Ronaldo karyerasının son mundialında ilk matçına çıxıb. Qətərdəki çempionatın yeganə azad agent statuslu oyunçusu olan əfsanə kapitanı olduğu yığmanı zəfərə daşımağa çalışır.

Qana isə afrikalılar üçün o qədər də uğurlu başlamayan turnirdə sürpriz etmək niyyətində idi. Onlar 8 il əvvəlki mundialda portuqaliyalılardan aldığı 1:2 hesablı məğlubiyyətin də revanşını almaq arzusunda idi. Lakin "qara ulduzlar"ın arzusu reallaşmayıb. Gərgin mübarizəyə səhnə olan matçda avropalılar 3:2 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, bu qrupun digər görüşündə Uruqvayla Cənubi Koreya qarşılaşıb. Bakı vaxtı ilə saat 17:00-da başlayan oyunda hesab açılmayıb - 0:0.

DÇ-2022, qrup mərhələsi
24 noyabr, I tur
H qrupu
20:00. Portuqaliya – Qana 3:2

Qollar: Kriştianu Ronaldo, 65 (pen.), Andre Ayyu, 73, Joao Feliks, 78, Rafael Leao, 80, Osman Bukari, 89
 

0