Şanssız qonaqlar, məhsuldar oyun gözləntisi - PROQNOZ
09.06.2022 - 10:50
Şanssız qonaqlar, məhsuldar oyun gözləntisi - PROQNOZ

Millətlər Liqasının III turunda günün mərkəzi oyunu Lissabonda keçiriləcək.

Apasport.az saytının məlumatına görə, A liqasının 2-ci qrupunun liderləri Portuqaliya ilə Çexiya birincilərin meydanında üz-üzə gələcək.

Rusiyalı futbol eksperti Andrey Fomenko bu görüş üçün təxminlərini açıqlayıb. Komandaları dəyərləndirən mütəxəssis Çexiyaya bu dueldə heç bir şans verməyib:

Bukmekerlərin reytinqinə əsasən belə fikir yürütmək olar ki, Portuqaliya bu gün qalib gələrək, vahid liderliyi ələ keçirəcək. Dünya çempionatına çətinliklə də olsa vəsiqə əldə edən Kriştianu Ronaldonun lideri olduğu komanda Millətlər Liqasına da pis başlanğıc etmədi. Hər halda İspaniya ilə bərabərlik (1:1) və İsveçrə üzərində inamlı qələbəni (4:0) uğurlu start saymaq olar.

Çexiya isə Millətlər Liqasının elit raundunda debüt mövsümünü keçirir. Çexlər ilk turlardan rəqiblərini təəccübləndirməyi bacardı. Evdə İsveçrəni 2:1 hesabı ilə məğlub etdilər, İspaniya üzərində qələbəni isə son anda əldən verdilər – 2:2.

Portuqaliya cütün aşkar favoritidir. Son matçlar da göstərir ki, Fernandu Santuşun yetirmələri doğma arenada daha güclü təsir bağışlayır və rəqiblərinə rəhm etmir. Üstəlik, Portuqaliya son 3 ev oyununda minimum 2 top fərqli qələbə qazanıb. Çexiyanın isə səfər görüşlərini uğursuz keçirməsi onlar üçün uğurlu nəsə vəd etmir. Bu gün də bizi məhsuldar oyun gözləyir.

Hər halda Portuqaliyanın qələbəsinin əmsalı aşağıdır. Buna onların minimum 2 top fərqli qalibiyyətini də əlavə etmək olar.

Proqnozum: Fora1 (-1,5)
 

0