221729 əmsallıq UDUŞ
06.02.2023 - 17:02
221729 əmsallıq UDUŞ

Yaponiya bukmeker kontorlarında inanılmaz uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proznozsevər at yarışlarında ağlasığmaz qələbəyə sevinib.

O, Hokkaydoda təşkil olunan ənənəvi Baney yürüşlərində qazanc əldə edib. Burada atlar 1 ton ağırlığı olan arabaları 200 metr məsafəyə dartmalıdır. Yarışda atın həm sürəti, həm gücü əhəmiyyət daşıyır.

Better günün ikinci yarısındakı 7 yürüşün hamısında qalibi təxmin edib. Yapon proqnozsevər variantına 100 yen (1,29 manat) qoyub.

Bu kuponun əmsalı 221729,2-yə bərabər olub. Onun bütün təxminləri doğrulub. Qalib kupon sahibinə 22 milyon 172 min 920 yen (285 min 529,88 manat) qazandırıb.

Bu, yarışın tarixində yeni rekorddur. Bunadək ən böyük uduş 18 milyon 594 min 660 yen (239 min 451,15 manat) olub. Belə uğura 2022-ci il mayın 2-də rast gəlinib. Həmin vaxt da kuponda 7 yürüşün qalibi təxmin edilib.

0