Gülünc MƏRC
11.02.2023 - 17:25
Gülünc MƏRC

Bukmeker kontorlarında qeyri-adi mərc qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər 1,01 əmsal üçün böyük məbləğlə risk edib.

Better tennisçilər Cem İlkel və Loran Lokoyl arasında matça proqnoz verib. O, Cemin qələbə qazanacağını təxmin edib.

Bu variantın əmsalı da 1,01-ə bərabər olub. Kontorun müştərisi bunun üçün 5 min 644,94 dollarından (9 min 596,40 manat) keçib.

İki setdə qalib gələn İlkel ona 5 min 701,39 dollar (9 min 692,36 manat) uduş gətirib. Belə böyük məbləğlə risk edən better 56,45 dollar (95,96 manat) qazanc əldə edib.


 

0