Almaniya – İtaliya: Avropanın ən titullularının duelində kim sevinəcək?
Konstantin Qeniç
Aleksey Andronov
14.06.2022 - 12:01

Konstantin Qeniç (futbol eksperti, Moskva “Spartak”ının sabiq futbolçusu):

A liqasının Mönhenqladbaxdakı oyununda Almaniya İtaliya ilə oynayacaq. Hələlik almanlar qələbə qazanmır. Flik müxtəlif variantları sınayır, bunadək az oynayan futbolçulara şans verir. Almanlar üç oyun keçirib, hamısı da heç-heçə. Həmin İtaliya ilə matç 1:1 hesabı ilə başa çatıb. Hesabı bərabərləşdirmək lazım idi ki, bu da tez etdilər. Hiss olunur ki, almanlar aşkar ehtiyata malikdir. İkinci hissədə bir az artıran kimi italiyalıları sıxdılar.

İtaliyada yaxşı oyunlar olub. Mançini də eksperimentlər edir, gənc və yeni oyunçular da çoxdur. Hələlik onlar uduzmayıblar. Son görüş İngiltərə ilə səfərdə qolsuz heç-heçə olub. Macarıstan üzərində 2:1 hesablı qələbə də yaşanıb. Amma almanlarla səfər matçı ağır olacaq.

Almaniyanın təmiz qələbəsinə mərc etməzdim. 2-3 qol olacağına proqnoz verərdim. İtaliyanın yalnız İngiltərə ilə matçında belə olmayıb. Almaniyada isə hər üç matç 1:1 hesabı ilə nəticələnib. İngiltərə ilə qarşılaşmada bəxtləri gətirmədi, sonda qapılarına penalti təyin edildi. Macarlar da sonda bir az sıxmışdı. Düşünürəm ki, 2-3 qol, yaxşı variantdır. Yenə 1:1 də ola bilər, ya da 2:1-lə 2:0 hesabı iki tərəfdən birinin xeyrinə. Bunun əmsalı da 1,90-a yaxındır.

Proqnozum: 2-3 qol

Aleksey Andronov (“Viasat” telekanalının şərhçisi):

Millətlər Liqası davam edir. Top komandalar öz aralarında oynayır. Almaniya isə heç-heçələri sıralayır və top komandalarla da bərabər qaldıqdan sonra Macarıstanla da sülh bağladı. Sonuncuların top səviyyədə olduğunu demək olmaz. İndi İtaliya ilə oynayacaqlar. Flik deyirdi ki, Macarıstanla qarşılaşmada futbolçularda qətiyyət çatışmırdı. Hücumların sonunda aqressivlik lazım gələndə bunu etmək alınmırdı.

Düşünürəm ki, bundan nəticələr çıxarılıb. Həm də İtaliya ciddi qıcıq mənbəyi olacaq. Mən də Almaniyadan qələbə gözləyirəm.

İndi İtaliya bir az qəribə durumdadır. Oyunçular dəyişir və bu da komandaya təsir edir. Yığma DÇ-2022-yə də çıxmayıb. Deməli, sabitlik yoxdur. Ona görə də əminəm ki, Bundestim udacaq.

Proqnozum: 1
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...