“Aris” - “Neftçi”: Oyunda hansı nəticə qeydə alınacaq?
Erke Tümer
21.07.2022 - 10:02

Erke Tümer (futbol eksperti)

Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Aris”lə “Neftçi” üçün avrokubok mövsümü başlayacaq. Kipr təmsilçisi ötən mövsüm tamamlandıqdan sonra iki aylıq fasilənin ardından yenidən öz azarkeşləri önünə çıxacaq. Düzdür, görüş Larnakada olacaq, ancaq istənilən halda rəqibini Kiprdə qəbul edəcək.

“Neftçi” isə Türkiyədəki təlim-məşq toplanışı zamanı “Sivasspor” və “Qaziantep”ə qarşı elə də parlaq futbol sərgiləmədi. 

“Aris” ötən mövsüm çox asanlıqla qol buraxan komanda idi. Mən bu problemi həll etdiklərini düşünmürəm. “Neftçi”nin də yoxlama görüşlərindəki hücum performansı azarkeşləri məmnun etmədi. Bu üzdən matçda çox qol gözləməyə dəyməz. Hətta komandalardan ən azı birinin fərqlənə bilməyəcəyini düşünürəm.

Proqnozum: Yox/Qol
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...