Belçika Superkuboku kimin olacaq?
Dmitri Spirin
17.07.2022 - 10:19

Dmitri Spirin (futbol eksperti):
Belçika Superkubokunda “Brügge” öz meydanında “Gent”lə qarşılaşacaq. “Gent” ötən mövsüm ölkə çempionu “Brügge”yə qarşı çox yaxşı nəticələr göstərdi. Ölkə kubokunda “qara-göylər”ə qalib gələn (0:1, 3:0) komanda çempionatda da iki dəfə (6:1, 2:1) onu məğlub etdi. Şübhəsiz ki, “Brügge”nin oyunçuları indi revanş əhval-ruhiyyəsindədirlər.

“Brügge”də yanvarda baş məşqçi postuna gətirilən Alfred Sxröder komandanı çempion etdikdən sonra “Ayaks”dan təklif aldı və ölkəsi Niderlanda qayıtdı. Onu isə gənc istedadları üzə çıxarmaqla tanınan Karl Hoefkens əvəzlədi. Rəhbərlik Avropa klublarının maraq dairəsində olan Şarl de Ketelar və Noa Lanqı da hələ ki, komandada saxlamağı bacarıb. Həmçinin “Beşiktaş”dan Kayl Larin və “Barselona”dan Ferran Yutqlanı transfer etdilər.

“Gent” isə daha çox Tarik Tissudaliyə arxalana bilər. Mərakeşli hücumçu əla forma yığıb. Ötən mövsümü də 21 qol, 5 assistlə tamamladı. Ancaq klub onun tərəfdaşları Bayo və Bukarini satdı.

Bütün bunlara əsaslanaraq, 2,18 əmsallıq “Brügge”nin qələbəsinə mərc seçərdim. Belçika çempionu heyət baxımından hələ də rəqibindən xeyli güclüdür. Onlar həm də azarkeşlərinin dəstəyi ilə çıxış edəcək.

Proqnozum: 1
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...