“Borussiya”, yoxsa “Valensiya”?
Dmitri Razumets
18.07.2022 - 10:32

Dmitri Razumets (futbol eksperti)

Növbəti mövsümə hazırlaşan “böyük beşlik” ölkələrinin komandaları Dortmund “Borussiya”sı ilə “Valensiya” bu gün yoxlama görüşündə üz-üzə gələcək. Avstriyadakı qarşılaşma öncəsi “Borussiya”nın yay toplanışına sürətli başladığını deməliyəm. Almanlar keçirdiyi 3 yoxlama matçında da qalib gəldi, ümumi top fərqi 10:1 oldu. Amma dortmundluların bütün hallarda üçüncü liqa təmsilçilərini məğlub etdiyini də unutmaq olmaz.

“Valensiya” isə ötən mövsümün sonunda İspaniya Kral Kubokunun finalındakı məğlubiyyətə görə baş məşqçisini dəyişdi. Xose Bordalası italiyalı Cennaro Qattuzo əvəzlədi. Bununla Qattuzo birillik işsizliyə son qoydu.

Diqqətçəkən məqam odur ki, bu komandalar heç vaxt qarşılaşmayıb. Bukmekerlər “Borussiya”nı cütün favoriti hesab edirlər. Qələbələrə qoyulan əmsallardan bunu görmək olar. Bu mənada 1,89 heç də pis əmsal deyil. Üstəlik, “Valensiya” toplanışa yeni başlayıb və ilk sınaq matçı olacaq.

Qarşılaşmada ÜST üçün qoyulan 1,59 əmsalı da bukmeker kontorlarının hədiyyəsi kimi qiymətləndirilir. Çünki “Borussiya” olduqca məhsuldar komandadır, “Valensiya” da Karlos Soleri saxlamağı bacardı. Ancaq mən daha real görünən variantı seçərdim.

Proqnozum: “Borussiya”nın qələbəsi
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...