“Botofoqo” – “San Paulu”: A seriyasında kim sevinəcək?
Andrey Fomenko
16.06.2022 - 10:40

Andrey Fomenko (futbol eksperti)

Rio-de-Janeyrodakı “Olimpiko Nilton Santos” stadionunda “Botofoqo” “San Paulu”nu qəbul edəcək. Meydan sahibləri son turlarda problemlərlə üzləşib. Ardıcıl 4 məğlubiyyətdən sonra komanda təhlükəli zonaya yuvarlanıb. “Botofoqo” bu müddətdə “Koritiba”ya 0:1, “Qoyas”a 1:2, “Palmeyras”a 0:4 və “Avai”yə 0:1 hesabı ilə uduzub. Hücumda o qədər də effektli olmayan komanda 4 qarşılaşmada cəmi 1 dəfə rəqib qapısına yol tapıb.

Liderlər qrupunda yer alan “San Paulu” 3-cü pillədə qərarlaşıb. Cari mövsümdə daha çox heç-heçələrlə diqqət çəkən komanda belə matçlarda xallar itirir. 11 görüşdən 6-da heç-heçə qeydə alınıb. 4 qələbə əldə edən “San Paulu” yalnız 1 dəfə uduzub. Ötən turda “Atletiko Mineyro” üzərində 1:0 hesablı qələbə qazanılıb.

“Botofoqo” böhranda olsa da, qonaqların ciddi səfər problemi var. “San Paulu” bu mövsüm rəqib meydanında qələbə qazanmayıb: 5 heç-heçə və 1 məğlubiyyət. Bu üzdən ən yaxşı variant qonaqların uduzmayacağına 1,42 əmsallıq variantdır. Bu iki komanda arasındakı son 5 matçdan dördündə xal qazanan “San Paulu”nun bu dəfə də uduzmayacağını düşünürəm.

Qonaq komandanın Alt oynaması da diqqətdən yayınmamalıdır. “San Paulu”nun 6 səfər görüşündən beşində qol sayı 3-ə çatmayıb.

Proqnozum: X2 və 3,5Alt
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...