Bundesliqa II-nin startında kim sevinəcək: “Kayserslautern”, yoxsa “Hannover”?
Roman Vasilyev
15.07.2022 - 10:04

Roman Vasilyev (futbol eksperti)

Bu gün Bundesliqa II-də 2022/23 mövsümü start götürür. Açılış matçında vaxtilə ölkənin aparıcı klubları sırasında yer alan “Kayserslautern”lə “Hannover” birincilərin meydanında üz-üzə gələcək.

“Kayzerslautern” dəfələrlə Almaniya çempionu olub. Ancaq komandanın Almaniyada böyüklər sırasında göstərilməsi ötən əsrin 90-cı illərinə təsadüf edib. “Qırmızı şeytanlar” indi bu əzəmətdən uzaqdır. Son illər ölkənin 3-cü dərəcəli liqasında mübarizə aparan “Kayzerslautern”i bu mövsüm Bundesliqa II-də daha gərgin mübarizə gözləyir.

“Hannover” isə təxminən 10 il əvvəl Avropa Liqasının pley-off mərhələsində çıxış edib. “Qırmızılar” indi ikinci liqanın daimi üzvünə çevrilib. Bu dəfə hədəf əsas Bundesliqaya qayıtmaq olacaq. Yığılan heyət də bundan xəbər verir.

Bu komandalar arasında son 6 duelin 5-də “Hannover” qələbə qazanıb. 1 dəfə isə heç-heçə qeydə alınıb. 2017-ci ildən sonra klubların yolları kəsişməyib. Bu dəfə də statistikaya uyğun nəticə gözləyirəm. Daha güclü “Hannover”ə inamım böyükdür.

Proqnozum: X2
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...