Bundesliqada ikinci tur: “Borussiya” səfərdən qalib ayrılacaq?
İvan Mileçnı
12.08.2022 - 10:34

İvan Mileçnı (futbol eksperti):

Bu gün Almaniya Bundesliqasında “Frayburq” Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək. İlk turda “Auqsburq”a qalib gələn “Frayburq” mövsümə çox yaxşı başlayıb.

Düzdür, rəqibdə xeyli sayda oyunçu iştirak etmirdi. Amma istənilən halda qələbə layiqli və səviyyəli idi – 4:0. Son vaxtlar “Frayburq”un oyunu belə deməyə əsas verir ki, komanda Çempionlar Liqasına vəsiqə üçün mübarizə aparacaq. Bu klubun “dördlüy”ı düşmək iddiaları böyükdür.

Almaniya kubokuna uğurla başlayan “Borussiya” ilk turda “Bayer”i 1:0 hesabı ilə məğlub edib. Bu da Bundesliqaya xas nəticə deyil. Çünki çempionatda əksər matçlar Üst gəlir.

Amma “Borussiya”da Haland yoxdur, Allerin xəstəliyi var. Bir sözlə, komandanın ümid etdikləri xeyrinə işləmir.

Hamı düşünür ki, bugünkü matç da məhsuldar keçəcək. Mən belə düşünmürəm. Bukmekerlər Alt əmsallarını şişirdiblər. Alt üçün 2-dən yüksək olan əmsal da cəlbedicidir.

“Borussiya” artıq göstərib ki, möhkəm rəqiblərə qarşı çox qol vurmayacaq. “Bayer”ə də bir qol vurdular. Mənə elə gəlir ki, qarşıdakı görüş də oxşar ssenari ilə keçəcək.

Proqnozum: 3 Alt
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...