Çempion açılış oyununda: “Ayntraxt” tab gətirəcəkmi?
Aleksey Andronov
05.08.2022 - 10:14

Aleksey Andronov (futbol eksperti):

Bundesliqa “Ayntraxt” – “Bavariya” matçı ilə başlayır. Almaniyada son illərdə belə qəbul olunub ki, açılış oyunu çempionun iştirakı ilə baş tutur. Oyun böyük maraqla gözlənilir. Çünki “Ayntraxt” da son dövrlərdə parlaq futbol göstərir.

“Bavariya”nın Superkubok görüşündə 8 qol vuruldu. Robert Levandovskisiz komanda bir az fərqli olub. Hücumda tam başqa oyun üslubu hökm sürür. Müdafiə xətti də dəyişib. Lakin hələ tam yerinə oturmayıb.

Əlbəttə, “Bavariya” bu qarşılaşmanın favoritidir. Lakin onlar üçün qələbə asan olmayacaq. Mənə elə gəlir ki, “Ayntraxt”  “Bavariya”nın qapısı önündəki imkanları qola çevirə biləcək. Buna görə də hər iki komandanın qol vuracağını və məhsuldar matç gözləyirəm. Parlaq oyun olacağına inanıram.

Proqnozum: Q/Q və Üst
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...