“Ferensvaroş” - “Slovan”: Qarşılaşma necə bitəcək?
Dmitri Sviridov
20.07.2022 - 11:15

Dmitri Sviridov (futbol eksperti)

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Ferensvaroş” Macarıstanda “Slovan”ı qəbul edəcək. “Ferensvaroş” ötən mövsüm Macarıstan çempionluğunu böyük xal fərqi ilə qazandı. Komanda avrokuboklardan əvvəl bir neçə yoxlama görüşü keçirdi, özünü yaxşı tərəfdən göstərdi və yalnız birində məğlub oldu. Çempionlar Liqasının I raundunda isə “Tobol”la səfərdə heç-heçə etsə də, evdə rəqibinə aman vermədi (5:1).

“Slovan” isə stabil nəticələr sayəsində Slovakiya çempionu oldu. Düzdür, komanda yoldaşlıq görüşlərində o qədər də inamlı görünmədi, yalnız bir qələbə qazandı. Çempionlar Liqasında isə Batumi “Dinamo”sunu iki matçın cəmində 2:1 hesabı ilə üstələməyi bacardı.

Göründüyü kimi, “Slovan” heç də yaxşı formada deyil və mövsümöncəsi yaxşı toplanış da keçə bilməyib. Bratislavalılar böyük çətinliklə ÇL-də mərhələ adladılar. İndi isə “Ferensvaroş” kimi daha ciddi rəqiblə qarşılaşmalı olacaqlar. Qələbə şansı yüksək olan macarlar doğma stadionunda oynayacaqlar. Bu mənada “Ferensvaroş”un hətta 1 qol fora ilə matça başlamasına mərc etmək olar.

“Ferensvaroş” müdafiədə oturmağa öyrəşən komanda deyil, daim hücum potensialını artırmağa çalışır. Bunu “Tobol”la görüşdə nümayiş etdirdi. Buna görə də, Budapeştdə bol qollu mübarizə izləməyimiz mümkündür. Bütün bunları nəzərə alıb, ÜST variantını üstün tutmağı riskdən uzaq saya bilərəm.

Proqnozum: ÜST
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...