İngiltərə - Avstriya: Favorit kimdir?
Dmitri Matorkin
19.06.2022 - 11:05

Dmitri Matorkin (ekspert):

Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının qrup mərhələsinin I turunda İngiltərə ilə Avstriya üz-üzə gələcək. 

İngiltərənin gənclərində ötən ilin sentyabrında baş məşqçi dəyişib. Keyt Dauninqin əvəzinə bu posta Yan Foster gətirildi. Yeni çalışdırıcının rəhbərliyi altında Dumanlı Albion təmsilçisi Almaniya ilə heç-heçə edib, italyanlara qalib gəlib. Son 10 matçda komanda yalnız Yunanıstan və Türkiyəyə uduzub. Ancaq nəzərə alaq ki, həmin yenilgilər 3 il əvvəl olub və artıq heyət dəyişib.

Elə avstriyalılarda da baş məşqçi dəyişikliyi olub. Hermann Stadleri yeni çalışdırıcı Manfred Zak əvəzləyib. Zak işinə Türkiyə yenilgisi (0:3) ilə başlasa da, ardından Uels və Xorvatiya kimi rəqiblər üzərində qələbə sevinci yaşayıb. Avstriyanın da son 10 qarşılaşmada passivində 2 yenilgi var.

İngiltərə millisinin son 10 matçının 7-də ÜST, 6-da isə Qol/Qol gəlib. Futbolun yaradıcıları 7 görüşdə 1,5-dən çox qol vurublar. Avstriyalılar da son oyunlarında buna bənzər statistika sərgiləyir. Onlar son 10 matçın yalnız 2-ni qol vurmadan tamamlayıb. Bütün bunları nəzərə alsaq, bugünkü oyunda hər iki komandadan qol gözləmək olar. Həm İngiltərənin, həm də Avstriyanın heyətində kifayət qədər keyfiyyətli oyunçular var.

Proqnozum: ÜST
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...