İtaliya – Rumıniya: Oyun nə gələcək?
Andrey Fomenko
18.06.2022 - 10:49

Andrey Fomenko (futbol eksperti)

Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatına start veriləcək. Qrup mərhələsinin ilk turunda İtaliya ilə Rumıniya qarşılaşacaq. 

İtaliya seçmə mərhələdə Belçika, Finlandiya, Almaniya kimi ciddi rəqiblərin arasından qrup birincisi kimi çıxdı. Almanlarla heç-heçədən (2:2) sonra komanda ardıcıl finləri (4:0) və belçikalıları (2:0) inamlı hesabla məğlub etdilər. Rumıniya isə nisbətən zəif qrupdan final mərhələsinə yollandı. Gürcüstan (5:1) və Xorvatiyanı (2:1) məğlub edən komanda İslandiyaya uduzsa da (0:3), 6 xal da həlledici raunda yüksəlməsinə kifayət etdi.

İtaliyalı gənclər son 10 matçda yeganə məğlubiyyəti Macarıstandan alıb. Rumıniya isə seçmə mərhələdə İslandiya, həmçinin Türkiyəyə qarşı uğursuz oyun sərgilədi. Bukmekerlər Skuadra Adzurranın turnirə qalibiyyətlə başlayacağını proqnozlaşdırır. 1,37 əmsal bunun üçün bəlkə də, normaldır. Hər halda italyanların daha güclü heyəti və ümumi taktiki hazırlığı var.

Üstəlik, nəzərə alaq ki, İtaliya seçmə mərhələ matçlarında minimum 2 qol vurub. Rumıniya isə son 4 görüşdə qapısında 6 top görüb. Buna 1,5 ÜST də əlavə etmək olar.

Proqnozum: İtaliyanın qələbəsi və 1,5 ÜST
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...