Konfrans Liqasının oyununda qarşılıqlı qollar olacaq
Dmitri Spirin
14.07.2022 - 10:34

Dmitri Spirin (futbol eksperti):

Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Monteneqro “Deçiç”i doğma meydanda Belarus təmsilçisi “Dinamo” (Minsk) ilə qarşılaşacaq. Bu komandalar arasında Podqoritsadakı ilk görüş 1:1 hesabı ilə nəticələnib. Minsklilər aşkar favorit sayılsa da, məğlubiyyətdən qurtulub.

Hər iki komanda ötən mövsüm daxili birinciliyin bürünc mükafatçısı olub. “Deçiç” hətta ölkə kubokunun finalında “Buduçnost”a uduzmuşdu. “Dinamo” mövsümlərarası fasilədə baş məşqçi dəyişikliyinə getdi, bu posta Artyom Çelyadinski gətirildi.

Belarus çempionatında 14 turdan sonra “Dinamo” 4-cü pillədə qərarlaşıb. Lakin ehtiyatında bir oyun olan minsklilər qalib gələcəyi təqdirdə lider BATE ilə xal fərqini 1-ə endirəcək. Üstəlik, komanda səfərdə evdəkindən daha yaxşı çıxış edir. Təsadüfi deyil ki, Belarus klubu çempionatın 7 səfər görüşündən 6-da qalib gəlib.

UEFA tərəfindən tətbiq edilən sanksiya səbəbindən “Dinamo” “Deçiç”i Podqoritsada qəbul etmişdi. Cavab matçı da eyni şəhərdə olacaq. İlk görüşdəki kimi, qarşılıqlı qolların olacağını güman edirəm. 1,87 əmsalı heç də pis təklif deyil. 

Proqnozum: Q/Q
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...