“Leypsiq” – “Bavariya”: Superkubok kimin olacaq?
Andrey Bondarenko
30.07.2022 - 10:53

Andrey Bondarenko (futbol eksperti)

“Bavariya” və “Leypsiq” yeni mövsümə Superkubok oyunu ilə başlayır. Hər iki komanda azarkeşlərini titulla sevindirməyin əleyhinə deyil.

Hesab edirəm ki, bugünkü durumda Almaniyada münhenlilərə rəqib yoxdur. “Leypsiq” Almaniya kubokunu qazansa da, hazırda optimal formadan uzaqdır.

Leypsiqlilərin heyətlə bağlı problemləri də var. Üstəlik, ifaçıların səviyyəsi və şəxsi oyunların nəticələri də “Bavariya”nın lehinədir. Bu üzdən də proqnozum münhenlilərin qələbəsidir.

Bu görüşün hücumlar və qol imkanları ilə zəngin olacağını ehtimal edirəm. Rəqiblərin hücum xətti qaydasındadır. Eyni sözləri dam komandanı çətin vəziyyətə salan müdafiə barədə demək olmur.

Düşünürəm ki, azarkeşlər darıxmayacaq. Buna görə də ikinci proqnoz kimi 3,5 Üst olacağını düşünürəm.

Proqnozum: 2 və ya 3,5 Üst
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...