“Münhen-1860” - “Borussiya” D: Mərhələni kim keçəcək?
Dmitri Spirin
29.07.2022 - 11:45

Dmitri Spirin (futbol eksperti):

Bu gün Almaniya kubokunun 1/32 final mərhələsində “Münhen-1860” Dortmund “Borussiya”sı ilə görüşəcək. Bavariyanın populyar və titullu klubu heç də ən yaxşı dövrünü yaşamır. Mixael Kellnerin yetirmələri ötən mövsüm ikinci Bundesliqaya qayıtmağa çox yaxın idi. Amma “altmışıncılar” yekunda 4-cü yeri tutara üçüncü divizionda qaldı.

“Münhen-1860” yeni mövsümə Drezden “Dinamo”su üzərində qələbə ilə başlayıb – 4:3. Bu komanda ifaçıların səviyyəsinin yüksək olmamasına baxmayaraq ev görüşlərində adətən cəsarətli və açıq oynayaraq 4-1-4-1 sxeminə üstünlük verir.

“Borussiya” mövsümlərarası dövrdə müdafiənin mərkəzini ciddi şəkildə gücləndirib. Niklas Züle və Niko Şlotterbek alınıb. Klub rəhbərliyi Erlinq Halandın əvəzinə “Ayaks”ın Fil Dişi Sahilindən olan bombardiri Sebastyan Alleri alıb. Amma mövsümöncəsi hazırlıq müddətində hücumçuda onkoloji xəstəlik üzə çıxıb. Aller ən azı 2 ay buraxacaq.

İndi “Borussiya”nın hücum qrupunu kapitan Marko Roys və yeni transfer “Zalsburq”da oynamış Kərim Adeyemi arxasınca aparmalıdır.

Risk edib bu görüşə hər iki komandanın qol vuracağına mərc gələrdim. Meydan sahibləri rəqibin müdafiə xəttinin oturuşmamasından yararlana bilər. “Borussiya” isə ən azı bir qol vuracaq.

Proqnozum: Q/Q
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...