“Neftçi” - “Aris”: Kim mərhələ keçəcək?
Orhan Aşkıner
Andrey Bondarenko
28.07.2022 - 11:30

Orhan Aşkıner (futbol eksperti)

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Neftçi” ilə “Aris” Azərbaycan təmsilçisinin meydanında qarşılaşacaq. Bakılılar ilk görüşdə rəqibinə Kiprdə 0:2 hesabı ilə məğlub olaraq, növbəti mərhələyə vəsiqə şansını xeyli çətinləşdirdi. 

“Neftçi” üçün ötən mövsümün sonluğu uğursuz alınmışdı. Cari mövsümə də hazır vəziyyətdə girdiklərini demək olmaz. “Aris” isə yay təlim-məşq toplanışındakı yoxlama görüşlərində uğurlu nəticələrlə diqqət çəkmişdi. Limassollular bu mərhələni adlamaq baxımından daha rahat durumdadırlar.

Bu gün kiprlilərin səfərdə qələbədən çox üstünlüyü qorumağa çalışacaqlarını düşünürəm. “Neftçi” birinci hissədə onların müdafiə xəttinin müqavimətini qıra bilməyəcək. Hər iki komandanın ilk yarıda qol yollarında sıxıntı yaşayacağını təxmin edirəm.

Proqnozum: H/T – X

Andrey Bondarenko (futbol eksperti)

“Neftçi” ötən mövsüm 28 oyunun 15-də qələbə qazanaraq, çempionatı ikinci pillədə tamamladı. Komanda orta hesabla hər matçda qol buraxırdı. Elə bugünkü rəqiblə ilk görüşdə də 2 top buraxıblar.

Kiprin üçqat çempionu “Aris” ötən mövsüm liderlərlə ayaqlaşa bilməsə də, yekunda 4-cü yerlə Konfrans Liqasına yollandı. Hücum yollarında problemli görünən komanda “Fehervar” (2:1) və “Dnepr-1”lə (4:2) matçlarda həm qol vurdu, həm də buraxdı.

“Neftçi” ilə “Aris”i müqayisə etdikdə qonaqları hər mövqedə üstün saymaq olar. Bunu Larnakadakı oyun da göstərdi. Bu gün tribunaların böyük təzyiqi və motivasiyası Azərbaycan klubuna pis təsir edə bilər. “Aris” əks-hücumdan vuracağı qollarla ölkə reytinqinə daha çox xal qazandırmağa çalışacaq.

“Aris”in mərhələ adlayacağına inanıram. Bunun üçün də qonaqlara sıfır fora verərdim. Bu da qonaqların ya qələbə qazanacağı, ən pis halda isə heç-heçə edəcəyi deməkdir. Hər şeyi bir səhv həll edə bilər. Qonaqların birinci hissədə vuracağı bir qol “Neftçi”nin motivasiyadan məhrum edəcək.

Proqnozum: ALT
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...