Plzendə qollu qarşılaşma?
Andrey Fomeko
26.07.2022 - 10:34

Andrey Fomenko (futbol eksperti)

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində “Viktoriya” Plzendə HİK-i qəbul edəcək. Bir həftə əvvəl Helsinkidə baş tutan görüşdə qonaqlar 2:1 hesabı ilə qalib gəlib. Çexiya çempionu hər iki hissənin əvvəlində qol vurmaqla bukmekerlərin ona verdiyi favorit statusunu doğrultdu.

Qeyd etməliyik ki, Finlandiyadakı görüş gərgin mübarizədə, hər iki komandanın aramsız hücumları ilə keçdi. HİK 12, “Viktoriya” 5 dəfə qapı istiqamətində zərbə endirdi ki, meydan sahibləri üçündə, qonaqlar ikisində çərçivəyə düşüb.

Bukmekerlər hesab edir ki, plzenlilər yenə səviyyəsini göstərəcək və rəqibinə qalib gələcək. İlk matç HİK-in də rəqibinə başağrı ola biləcəyini göstərdi. Elə mən də hər iki komandadan qol gözləyirəm. Finlandiya çempionu geriliyi aradan qaldırmaq üçün irəli atılmalıdır. “Viktoriya” isə doğma divarlar arasında meydandan qolsuz ayrılmayacaq. HİK-in son 4 səfər matçından üçündə Q/Q gəlib. “Viktoriya” isə evdəki son 5 rəsmi görüşün üçündə həm vurub, həm də buraxıb. Bu mərcin əmsalı da 2-dən yüksəkdir.

Proqnozum: Q/Q
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...