PSJ - “Nant”: Fransa Superkuboku necə bitəcək?
Elvin Kərimov
Pavel Zanozin
31.07.2022 - 13:07

Elvin Kərimov (futbol şərhçisi):

Fransa Superkubokunda PSJ ilə “Nant” üz-üzə gələcək. Bu cütlükdə aşkar favorit var – o da PSJ-dir. Ötən mövsüm bu komanda cəmi bir kubok qazandı ki, bu da kifayət deyil.

“Nant” isə çox yaxşı mövsüm keçirdi, PSJ də daxil olmaqla çempionatın favoritlərinə başağrısı oldu. “Nant” yaxşı oyunçulara malik olsa da, parislilərlə müqayisə olunacaq səviyyədə deyil. 

Kristof Qaltyenin yetirmələri yoldaşlıq görüşlərində daha inamlı və məhsuldar oynadılar. Son matçda da 6 qol vurdular. Yavaş-yavaş forma yığan komanda keyfiyyət baxımından daha maraqlı görünürdü. Dörd matçın hamısında PSJ hər iki hissədə qol vurdu. Bu, diqqətimi çəkən maraqlı tendensiyadır.

Düşünürəm ki, paytaxt təmsilçisi görüşə motivasiyalı çıxacaq və məhsuldar olacaq. PSJ-nin ənənəsinə sadiq qalaraq hər iki hissədə qol vuracağına inanıram.

Proqnozum: PSJ hər iki hissədə qol vuracaq.

Pavel Zanozin (futbol şərhçisi, Birinci kanalın aparıcısı):

“Nant”ı ötən mövsümdəki çıxışına görə təqdir etmək lazımdır. Komanda Fransa kubokunu qazandı və çempionatda baxımlı oyun sərgiləyərək 9-cu yeri tutdu.

PSJ böyük yenilənmədən keçir - Kristof Qaltye artıq baş məşqçidir. Perspektivli gənclər heyətə cəlb edildi. Amma hələ də Mbappe, Messi, Neymar, Verratti kimi ulduzların dövrüdür.

Mənə elə gəlir ki, parislilər həmişəki kimi, gözəl və parlaq təsir bağışlayacaq. “Nant” da əsas vaxtda 0:0-ı qorumağı düşünməyəcək və layiqli müqavimət göstərməyə çalışacaq. “Nant”ın heç də pis heyəti yoxdur.

Bir sözlə, düşünürəm ki, “Nant” çox zəif olmayacaq və qol vuracaq. Təbii ki, PSJ də fərqlənəcək.

Proqnozum: Qol/Qol
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...