PSJ üçün son sınaq: “Qamba Osaka”nı məğlub edəcək?
Nikita Krasnobrov
25.07.2022 - 11:02

Nikita Krasnobrov (futbol eksperti)

“Qamba Osaka” Yaponiya çempionatının cari mövsümündə yaxşı çıxış etmir. 22 turdan sonra komanda 16-cı yerdədir. Son 4 turda qalib gələ bilməyən “Qamba Osaka” yalnız bir xal toplayıb. Bu yaxınlarda isə Yaponiya kubokunda “Kaşima”ya 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Ümumilikdə “Qamba Osaka” liqanın autsayderidir. Səviyyəsi yetərincə aşağıdır. Yaponiya təmsilçisinin dünyanın ən yaxşı klublarından birinə qarşı layiqli oynayacağı inandırıcı deyil.

PSJ Yaponiya turunu davam etdirir. Artıq iki oyun keçirən komanda qələbələri sıralayıb. “Kavasaki”ni 2:1 hesabı ilə məğlub edən fransalılar “Urava”nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

PSJ-nin bütün ulduzları sıradadır və onlar yapon azarkeşlərin gözü qarşısında daha bir qələbə qazanmağa hazırdır. “Qamba Osaka”nın meydanındakı matç yeni mövsüm ərəfəsində son sınaq olacaq. Ardınca parisliləri Superkubok matçı gözləyir. Bu üzdən komandadan məhsuldar və baxımlı futbol gözləməyə dəyər.

Asiyalıların formasını toplamaqda olan PSJ-yə müqavimət göstərə biləcəyinə inanmıram. İlk dəqiqələrdən təşəbbüsü ələ alacaq fransalılar oyuna tam nəzarət edəcək.

Proqnozum: 2
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...