“Qarabağ” – “Ferensvaroş”: Qollarla zəngin oyun
İlya Getman
Aleksandr Babanakov
03.08.2022 - 09:49

İlya Getman (futbol eksperti):

Bu cütdə komandaların mərhələ adlamaq şansları təxminən bərabərdir. “Qarabağ” evdə yaxşı oynayır. Amma “Ferensvaroş”da buna müəyyən mənada cavab verəcək gücdədir.

Hər iki klub hücumda parlaq oyun göstərir, çox qol vurur və rəqibə də ön xətdə oynamaq imkanı verir. Bu iki klubun öz aralarındakı görüşdə də tərəflərin qol vura biləcəyini düşünürəm. Q/Q əmsalının 1,93 olması da yetərincə cəlbedicidir.

Nəticəyə gəlincə, “Qarabağ”ın qələbəsinə daha çox inanıram. Doğma tribunaların dəstəyi avrokubok oyunlarında Azərbaycan klubu üçün çox vacibdir. Bu komanda daim mümkün qədər maksimal nəticə əldə etməyə çalışır.

Budapeştdəki cavab görüşünə üstünıüklə yollanmaq üçün hər şey edəcək. Qarşılaşmaya ikinci proqnozum “Qarabağ”ın qələbəsidir. Bu variantın əmsalı 2-dən yüksəkdir.

Proqnozum: Q/Q və ya 1

 

Aleksandr Babanakov (futbol eksperti):

“Qarabağ”ın iştirakı ilə keçirilən oyunlar daim kifayət qədər gərgin alınır. Bu cütdə favorit olmadığı üçün matç bərabər səviyyədə keçəcək.

“Qarabağ” açıq futbol oynayır. “Sürix”lə görüşlər də Üst gəlmişdi. Elə “Ferensvaroş” da hücum futboluna üstünlük verir.

Macarların ən təcrübəli və səviyyəli oyunçuları da hücumda yer alıb. Hər iki komanda təsnifat mərhələlərində 4 dəfə meydana çıxıb. Onların hərəsi üç görüşdə Üst oynayıb.

Bu dəfə də Üst proqnoz etmək olar. Amma sığortalanmaq da mümkündür. Bunun üçün 1,62 əmsallıq mərci üstün sayıram.

Proqnozum: 2 Üst

dİGƏR mÜZAKİRƏLƏR
Loading...