“Qarabağ” “Ferensvaroş”a qarşı: Pley-offa vəsiqə kimin olacaq?
İlya Getman
Merih Önal
09.08.2022 - 10:03

İlya Getman (futbol eksperti):

Çempionlar Liqasının bu gün baş tutacaq cavab oyunları çərçivəsində “Qarabağ” Macarıstanda “Ferensvaroş”un qonağı olacaq. Bakıdakı ilk görüşdə 1:1 hesabı qeydə alınıb. Pley-offa vəsiqənin sahibi Budapeştdə bəlli olacaq.

İlk oyun qarşılıqlı hücumlarla keçib. Hər iki komandanın qələbə qazanmaq şansı olub. Rəqiblər bir-birinin qapısı önündə çoxsaylı qol epizodları yaradıb. Onlar hərəyə bir dəfədən çox qol vurmalı idi.

Cavab görüşünün xarakteri dəyişməyəcək. Hər iki komanda inamla irəli gedəcək və üstünlük qazanmağa çalışacaq. Düşünürəm ki, hər iki komandanın qol vurması qaçılmazdır.

Proqnozum: Q/Q

 

Merih Önal (futbol eksperti):

Çempionlar Liqasında bu gün III təsnifat mərhələsi həyəcanı yaşanacaq. Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ” cavab oyununa çıxacaq. Qurban Qurbanovun komandası özü kimi, iki mərhələ adlayan “Ferensvaroş”la səfərdə qarşılaşacaq.

Bu komandalar arasındakı ilk duel o qədər də zövqlü alınmadı. Doğrudur, bəzi dəqiqələrdə temp yüksəldi, amma ümumilikdə baxımlı mübarizə izləmədik. Nəticədə də tərəflər bir-birini üstələyə bilmədi.

Fikrimcə, Budapeştdə də Bakıdakı kimi, həm “Ferensvaroş”, həm də “Qarabağ” risk etmək istəməyəcək. Buna görə də çox qol olacağını düşünmürəm.

Proqnozum: ALT

dİGƏR mÜZAKİRƏLƏR
Loading...