“Qarabağ” – “Sürix”: Kimə inanmaq olar?
Dmitri Matorkin
İlya Getman
19.07.2022 - 10:22

Dmitri Matorkin (futbol eksperti):

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” “Sürix”i qəbul edəcək. Azərbaycan çempionu bu turnirə “Lex”i darmadağın edərək əla başladı. Azərbaycan çempionatı hələ başlamadığından, “Qarabağ” çox yüklənmədən, ÇL-in oyunundan-oyununa hazırlaşır. Üstəlik, bu komanda martın 6-dan bəri evdə uduzmayıb. Ümumilikdə bu müddət ərzində öz meydanında 8 görüş keçirib.

İsveçrə çempionatı isə ötən həftə start götürdü, “Sürix” də “Yanq Boyz”a 0:4 hesabı ilə uduzdu. Bu, yeni baş məşqçi Franko Fodanın debütü idi. Ötən mövsümün çempionunda baş məşqçi dəyişikliyi təəccüblüdür. İsveçrəlilər son 5 səfər matçının 3-də məğlub olub.

“Qarabağ”ın son 10 görüşünün yalnız 3-də qarşılıqlı qol olub. “Sürix”in görüşlərində isə Qol/Qol və ÜST-ə çox təsadüf olunub. 

İsveçrə çempionu mövsümün startında çox pis təsir bağışlayır. “Qarabağ” isə son illər Avropa səviyyəli güclü komandaya çevrilib. Azərbaycan çempionunu güc baxımından “Yanq Boyz”la müqayisə etmək olar. Bu üzdən “Qarabağ” öz meydanında inamlı qələbə qazana bilər. Bu mənada 2,20 əmsalına mərc edə bilərsiniz.

Proqnozum: 1

İlya Getman (futbol eksperti)

Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex”ə məğlubiyyətdən (0:1) sonra “Qarabağ”da problemlərin ortaya çıxması gözlənilirdi. Üstəlik, doğma arenasındakı görüşdə də ilk qolu buraxan onlar oldu. Ancaq sonradan Azərbaycan klubu rəqibin qapısından 5 top keçirərək inamlı qələbə (5:1) qazandı.

Doğma divarlar yəqin ki, yenə “atlılar”a kömək edəcək. İsveçrənin hazırkı çempionu “Sürix” mübarizəyə bu raunddan başlayacaq. Komanda ölkə çempionatında bir rəsmi oyun keçirib və “Yanq Boyz”a uduzub - 0:4. Matçın statistikasına baxsaq, “Yanq Boyz”un rəqibindən aşkar üstün olduğunu deyə bilmərik. Sadəcə, qol imkanlarından daha yararlandılar.

“Qarabağ” son avrokubok qarşılaşmasında özünü ən yaxşı tərəfdən göstərdi. Komanda “Lex”lə oyunu 180 dərəcə çevirə bildi və bir daha təsdiqlədi ki, doğma tribunaların dəstəyi ilə özünü yaxşı hiss edir. “Sürix”in “Lex”dən qat-qat güclü olma ehtimalı azdır. Bu komanda avrokubok döyüşlərində parlamağa o qədər də hazır deyil.

Bu matçda 2,20 əmsalına qoyuluş edib “Qarabağ”ın qələbəsini gözləməyə dəyər. Ancaq eyni zamanda çox qol gözləmək də olar. İsveçrə komandaları həmişə hücumda parlaq oynamağa çalışırlar. “Qarabağ” da çox qol vuran komandadır. Yəqin ki, komandalar 2-dən çox qol vurmaqda problem yaşamazlar.

Proqnozum: 1 və ÜST (2)

dİGƏR mÜZAKİRƏLƏR
Loading...