“Real” – “Ayntraxt”: Sensasiya olacaqmı?
Konstantin Qeniç
10.08.2022 - 10:58

Konstantin Qeniç (futbol eksperti, Moskva “Spartak”ının sabiq futbolçusu):

Bu gün Helsinkidə Çempionlar Liqasının qalibi “Real”la Avropa Liqasını qazanan “Ayntraxt” üz-üzə gələcək. Qüvvələr nisbətinə baxsaq, hər şey gün kimi aydındır. Futbolçuların təcrübə və səviyyəsi “Real”ın tərəfindədir. Üstəlik, Karlo Ançelotti amili var. O, dörd klubla Superkubok qazanan ilk baş məşqçi kimi tarixə düşə bilər. 2014-cü ildən sonrakı dövrdə “Real” cəmi iki finalda uduzub.

Mövsümlərarası dövrdə “Real”ın oyunlarına baxmışam. Komanda özəyini saxlayıb, tam qaydasındadır. “Ayntraxt”da da bütün futbolçular qalıb. Hətta Mario Götze də onlara qoşulub. Amma əgər “Ayntraxt” Bundesliqanın I turunda “Bavariya”ya qarşı oynadığı kimi çıxış etsə, çox çətin olacaq.

“Real”ın son oyunda “Yuventus”la görüşdəki forması məndə əminlik yaradır ki, Madrid təmsilçisi aşkar favoritdir. Hər iki komanda indi forma yığmaqdadır və səhvlər qaçılmazdır. Düşünürəm ki, Üst gələcək. “Real” da qələbəsini qazanacaq.

Proqnozum: 1 və Üst

dİGƏR mÜZAKİRƏLƏR
Loading...