“Latsio” – “Bolonya”: Startda kim qalib gələcək?
Andrey Fomenko
14.08.2022 - 10:37

Andrey Fomenko (futbol eksperti):

A seriyasının ilk turunda “Latsio” “Bolonya”nı qəbul edəcək. Bukmekerlər paytaxt klubunu daha şanslı hesab edir. Romalılar ötən mövsüm sabit oyunu ilə seçilməsə də, sonda avrokuboklara vəsiqə qazana bilib.

“Latsio” ilk “dördlük”də yer almaq və Çempionlar Liqasına yüksəlməyə iddialıdır. “Valyadolid” və Qətər yığmasına qarşı son iki yoxlama oyununda qolsuz sülhə imza atan “Latsio” çempionatda qələbəyə köklənib.

“Bolonya” ötən mövsüm 13-cü olub. Komandanın başından yuxarı tullana biləcəyi haqda proqnoz vermək çətindir. Amma azarkeşlər komandadan hər görüşdə inamlı oyun gözləyir.

“Latsio” bu matçda qalib gəlməyə borcludur. Çünki paytaxt klubu özünəinam qazanmaq üçün yaxşı start götürməlidir. Düşünürəm ki, romalılar bunun öhdəsindən gələcək.

Proqnozum: 1

dİGƏR mÜZAKİRƏLƏR
Loading...