“Şalke” Köln səfərində: Qələbə kimin olacaq?
Aleksey Qasilin
07.08.2022 - 10:47

Aleksey Qasilin (Rusiya U-17 yığması ilə Avropa çempionu, “Zenit”, “Amkar”, “Tom”un sabiq futbolçusu, “Matç TV”də Bundesliqanın şərhçisi):

Hamı bilir ki, “Şalke”yə simpatiyam var. Lakin komanda Bundesliqaya yeni qayıdıb. Aleks Kral da bu komandada oynayır. “Spartak”ın sabiq futbolçuları xarici klublarda daha yaxşı çıxış edir. Məsələn, Paşaliç “Atalanta”da, Qus Til PSV-də özünü yaxşı tərəfdən göstərib.

Helzenkirhenlilərin 29 yaşlı yarımmüdafiəçisi Marius Byutlerin 
əla mövsüm keçirəcəyinə inanıram. O, ötən il 10 qol və 10 ötürməyə imza atıb. İkinci Bundesliqada 30 qol vuran Simonu da qeyd edim. O, komandanın qol maşınıdır. Karyerasından görünür ki, Bundesliqada daha az qol vurur. Amma mənə elə gəlir ki, ötən mövsümü parlaq keçirən hücumçu yüksək dəstədə də özünü göstərəcək.

“Şalke” bu qarşılaşmada qol vuracaq. Komanda azarkeşlərinə göstərəcək ki, elitaya əbəs yerə dönməyib. “Köln” ötən mövsüm pis çıxış etməyib. Onlar hətta 7-ci yerin sahibi kimi avrokuboklara vəsiqə qazanıblar. 

Düşünürəm ki, hər iki komanda hücum futbolu göstərəcək. Biz hər tərəfin ən azı bir qolunu görəcəyik. “Köln” öz meydanında qalib gələcək.

Proqnozum: 1 və Q/Q
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...