“Seara” – “Atletiko Mineyro”: Qonaqları nə gözləyir?
Dmitri Matorkin
15.06.2022 - 11:03

Dmitri Matorkin (ekspert):

Gecə saatlarında Braziliya A seriyasının 12-ci turunun “Seara” – “Atletiko Mineyro” oyunu keçiriləcək. “Seara” 11 turdan sonra 13-cü yerdədir. Braziliya çempionatının son mövsümünü 11-ci pillədə başa vurub. Onlar A seriyasından əlavə Kopa Sudamerikana və ölkə kubokunda iştirak edirlər. Aprelin 30-da “Barqantino”ya məğlubiyyətdən sonra baş məşqçini dəyişdilər. Dorival Juniorun rəhbərliyi altında komanda 12 görüşdə cəmi 1 dəfə məğlubiyyətlə üzləşib.

“Atletiko Mineyro” isə 6-cı yerdədir. Baxmayaraq ki, ötən mövsüm ən yaxın izləyicisini 13 xal qabaqlayaraq liqanın qalibi olub. Hazırda işlər yaxşı getmir: komanda ardıcıl 3 oyunda qalib gəlməyib. “Atletiko Mineyro” mövsümün startından əvvəl baş məşqçisini dəyişdi.

“Seara” məhsuldarlıq baxımından enişə meyllidir. Son 10 matçın 7-də oyunlarında 2,5-dən az qol vurulub. Rəqiblər yalnız iki dəfə 1-dən çox qol vura bilib. Lakin “Atletiko Mineyro”da qarşılıqlı qollara meyllilik var. Son 10 matçının 7-si bu cür keçib.

Komandaların şəxsi görüşlərinə nəzər yetirsək, görərik ki, “Seara” son 4 matçın yalnız 1-də “Atletiko”ya uduzub. Meydan sahiblərinin xeyrinə olan “ikiqat şans” əmsalı 1,69-dur.

Proqnozum: 1X
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...