Super Liqada ilk tur: “Kasımpaşa” uduzmayacaq?
Dmitri Razumets
08.08.2022 - 10:31

Dmitri Razumets (futbol eksperti):

“Kasımpaşa” bu yay cəmi iki oyun keçirib. Super Liqada heç bir komanda bu qədər az oynamayıb. “Altınordu” ilə heç-heçə edən (2:2) komanda “Qalatasaray”a uduzub (1:2).

“Başakşəhər” isə artıq 6 matç keçirib. Bunlardan üçü yoxlama, üçü avrokubok görüşüdür. Konfrans Liqasında Netanya “Makkabi”sini keçən (1:1, 1:0) istanbullular “Breydablik”i (3:1) məğlub edib.

Əmsallar meydan sahiblərinin xeyrinədir. Amma “Başakşəhər”i bu həftə avrokubokların cavab görüşü gözləyir. Əmrə Bəlözoğlu da ehtiyat oyunçular skamyasının qısa olmasından şikayətlənir. Heyətdə zədəlilər də var.

Onun liderləri qoruyacağı gözləniləndir. Heç kim avrokubokların cavab oyunu öncəsi risk etməz. Bu addım faydasız olardı. Çempionatda üç xal qazanmaq və avrokuboklarla vidalaşmaq Bəlözoğlunun istədiyi ən sonuncu variantdır.

“Kasımpaşa”dan nə gözləmək lazım gəldiyi də bilinmir. “Altınordu”yla heç-heçə edən komanda “Qalatasaray”la sonadək döyüşdü və rəqibdən də pis görünmədi.

Bu üzdən də qonaqların uduzmayacağını düşünürəm. 2,04 əmsallıq variant yetərincə maraqlı görünür.

Proqnozum: X2
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...