“Sürix” - “Qarabağ”: Oyun nə gələcək?
Dmitri Matorkin
Emre Can Demirci
27.07.2022 - 10:02

Dmitri Matorkin (ekspert):

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” 3:2 hesablı qələbə qazanıb. Cari mövsümdə “Sürix” hələ qalib gəlməyib. İsveçrə çempionatında bir heç-heçə və bir məğlubiyyəti olan komanda qol da vurmayıb. Çempionlar Liqasının ilk görüşündə də məğlubiyyət qeydə alınıb.

Yeni baş məşqçi hələ nə müdafiədə, nə də hücumda əlaqələri düzəldə bilib. “Sürix” son 10 ev oyununda 2 dəfə uduzub. Bu da onlar üçün müsbət nəticəyə az da olsa ümid verir.

“Qarabağ” hələ daxili yarışda mövsümə başlamayıb. Amma Çempionlar Liqasında kifayət qədər uğurla çıxış edir. Polşa çempionu “Lex”i keçən komanda ilk görüşdə “Sürix”i üstələyib. Son 10 səfərdə 3 məğlubiyyəti olan “Qarabağ” 6 qələbə qazanıb.

“Sürix” yetərincə məhsuldardır. Son 10 oyundan 8-də Üst gəlib. Yeddi dəfə isə Q/Q olub. İsveçrəlilərin özü də 7 matçda 1,5 Üst vurub.

“Qarabağ”ın son 10 görüşünə baxsaq, altı dəfə Üst, cəmi 4 dəfə Q/Q gəlibsə, ağdamlıların özü 7 dəfə birdən çox qol vurub.

Hər iki komanda məhsuldarlıq tendensiyası ilə seçilir və baxımlı futbol göstərir. Bu üzdən də 1,70 əmsala bərabər Q/Q mərc etmək olar. “Sürix” geriliyi aradan qaldırmalıdır, “Qarabağ” isə gözəl hücum xəttinə malikdir və qol vurmağı bacarır.

Proqnozum: Q/Q

Emre Can Demirci (futbol eksperti)

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Sürix”lə “Qarabağ” birincilərin meydanında üz-üzə gələcək. Azərbaycandakı matçda 2:3 hesabı ilə məğlub olan “Sürix”in meydandakı mübarizəni nəzərə alsaq, bəxtinin gətirdiyini düşünürəm. “Qarabağ” bir neçə real qol şansını qaçırdı, üstəlik, qapıçı Brexer bir neçə epizodda komandasını xilas etdi. “Sürix”də arxa xətt oyunçularının erkən sarı vərəqə alması da onların çıxışına mənfi təsir etdi.

İsveçrə çempionatında iki tur geridə qalmasına baxmayaraq, ölkə çempionu hələ də rəqib qapılarına yol tapa bilməyib. Yeni baş məşqçi Franko Foda Avstriya millisini çalışdırdığı dönəmdə də çox tənqid olunurdu. Onun “Sürix” macərası da yaxşı başlamadı.

“Qarabağ” avrokuboklarda etibarlı müdafiə olunan komandadır. Həmçinin Kadi Borqes, Filip Ozobiç, İbrahima Vadji kimi oyunçular sayəsində topu meydanın rəqibə aid hissəsinə tez daşıyırlar. Mərhələ adlamaq üçün risk etmək məcburiyyətində qalan “Sürix” əslində normal şərtlər altında da dağınıq təsir bağışlayır. “Qarabağ”ın bu durumu lehinə çevirəcəyini düşünürəm.

Proqnozum: qonaqlar 1,5 ÜST
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...