“Torpedo”nu ud, ya da get
Nikolay Xodaseviç
17.06.2022 - 10:49

Nikolay Xodaseviç (futbol eksperti)

“Vitebsk” çox vacib oyuna çıxacaq. Dvina sahilindən olan komandada hər şey üzücüdür: bir qələbə, dörd heç-heçə, baş məşqçi Yevgeni Çernuxinin köməkçiləri klubdan gedib. Onun özünə isə ultimatum verilib ki, ya “Torpedo”nu ud, ya da get.

Düzdür, baş məşqçinin özü bunu təkzib edir. Amma aydındır ki, “Vitebsk” turnir cədvəlinin zirzəmisində ilişib qalıb. Liqanın səviyyəsində yaxşı heyətə malik komanda hələ də gözləntiləri doğrulda bilmir. Bir sözlə, hadisələrin istənilən axarı mümkündür.

“Torpedo”nun baş məşqçisi Dmitri Moloş da hələlik postundadır. Amma onun da adı ətrafında şayiələr dolaşmaqdadır. Jodino təmsilçisinin medallar uğrunda mübarizə aparacağını gözləsələr də, hər şey daha üzücü alındı: 9 matçda 2 qələbə və 2 heç-heçə.

Hazırda bu iki komanda turnir cədvəlində qonşudur. Oyun çox gərgin olacaq. Hər iki klubun nəticə üçün məsuliyyəti böyükdür. Heç-heçəni istisna etmirəm. Amma çox sayda qola da ümidim yoxdur. Mənə yenə də elə gəlir ki, meydan sahibləri nəticə qazanmağa çalışacaq. Bunun üçün potensial da var. Ev oyunudur, rəqib də o qədər güclü deyil. Qələbə istəyi onları yandıra da bilər. Bəlkə də inanılmazdır, amma Belarus çempionatı belədir. Hamı təxminən bərabərdir.

Proqnozum: Fora1 (0)
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...