Xorvatiya – Fransa: Hansı hesab qeydə alınacaq?
Pavel Zanozin
Aleksandr Vişnevski
13.06.2022 - 13:40

Pavel Zanozin (futbol şərhçisi, Birinci kanalın aparıcısı):

Ağlasığmaz qrafikdir. Milli komandalar 10 gündə ardıcıl 4 matç keçirməlidir. Ağır klub mövsümündən sonra futbolçuların ayaqlarını necə çəkdiklərini təsəvvür belə edə bilmirəm.

Fransa son turda Avstriyanı məğlub edə bilmədi. Xorvatiya isə yetərincə gözlənilmədən səfərdə Danimarkaya qalib gəldi. 

Komandaların gücü tükənməkdədir. Bu üzdən də hansısa qol şousu göstərməyi çətin mümkün olsun.

Rəqiblərin bundan əvvəlki duelində 1:1 hesabı qeydə alınıb. Hesab edirəm ki, indi də bundan çox olmayacaq. Hər iki komanda müdafiədə etibarlı oynamağa çalışacaq. Buna görə də Alt təklif edirəm.

Proqnozum: Alt

Aleksandr Vişnevski (ekspert):

Fransa yığması öz qrupunda sonuncu pillədə qərarlaşıb. Dünya çempionları üç matçda qələbə qazanmayıb. Xorvatiyalılar üçüncü sıradadır. Öndə isə Avstriya və Danimarka qərarlaşıb.

Təəccüblü şeylərdir, onların da artıq dəyişmək zamanıdır. Fransalılar Danimarka ilə 1-ci yer uğrunda mübarizə aparmağa başlamalıdır. Bunun üçün də ev oyununda mütləq xorvatlara qalib gəlməlidirlər. Mənə elə gəlir ki, bu, Didye Deşamın komandasında alınacaq.

Fransa yığması ilk üç oyunda o qədər də pis oynamayıb. Amma motivasiya ilə bağlı hansısa problemlər var. Komanda çox sayda qol epizodları yaradır. Amma realizasiyada problemlər var.

Düşünürəm ki, futbolçular məzuniyyət öncəsi son qarşılaşmada bütün qüvvəsini qoyacaq və bu dəfə motivasiya ilə bağlı problem olmayacaq. Ehtimal edirəm ki, fransalılar doğma publika önündə qalib gələcək.

Mbappe artıq zədədən bərpa olunub və son matçda sonradan meydana çıxdı və hətta qol vurdu. Bu görüşə iki təxmin edirəm. Birincisi, Fransa qalib gələcək. İkincisi isə meydan sahibləri 1 və ya 2 top fərqilə qələbə qazanacaq, darmadağın olmayacaq.

Proqnozum: 1
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...