Zaqreb “Dinamo”su Bolqarıstan səfərində: ALT gələcək
Konstantin Qeniç
02.08.2022 - 10:18

Konstantin Qeniç (futbol eksperti, Moskva “Spartak”ının sabiq futbolçusu):

Çempionlar Liqasının III təsnifat mərhələsi. Artıq top-klublar da mübarizəyə qoşulur. Lakin hələ yarışa tez başlayanlar da qalıb. “Lüdoqorets” – “Dinamo” cütü buna nümunədir. Zaqreb klubu bir, bolqarıstanlılar iki mərhələ adlayıb.

Bu komandalar daim Çempionlar Liqasının təsnifat mərhələsində iştirak edir. Hansı isə daha yaxşı oynayır, hansı isə nisbətən pis. İndi “Lüdoqorets” “Şemrok Rovers”i keçib. Evdə böyükhesablı qələbə qazansalar da, səfərdə uduzublar – 1:2. Amma qırmızı vərəqə də olub. Bundan əvvəl – I təsnifat mərhələsində isə Monteneqro “Sutyeska”sını məğlub ediblər. Bu daha inamlı idi – evdə və səfərdə quru hesablı qələbələr.

Xorvatiya klubu isə özü üçün ilk rəqib olan Şimali Makedoniya “Şkupi”si ilə dueldə ciddi əziyyət çəkdi. İlk qarşılaşmada forma yığmaqda olan Xorvatiya top-klubu öz meydanında 2:2 hesablı heç-heçə etdi. Özü də oyunun gedişində hesabda geri də düşmüşdü. Amma Zaqreb klubunun yaxşı bacardığı kimi praqmatik və nəticəyə oynamaq vaxtı çatanda komanda 1:0 hesabı ilə qalib gəldi.

Hesab edirəm ki, hər iki komanda yaxşı oyunçu seçiminə malikdir. “Lüdoqorets”də yaxşı legionerlər, milliləşən braziliyalılar, kiprli Sotitiu və ukraynalı Plastun var. Amma unutmayaq ki, “Şemrok”la cavab görüşündə qırmızı vərəqə alan anqolalı yarımmüdafiəçi Şou oynamayacaq. Heyətlərə və rəqiblərin indiki durumuna, həmçinin ilk qarşılaşmanın vaciblik dərəcəsinə  baxanda matçın məhsuldar keçməyəcəyini söyləmək mümkündür. “Dinamo” əsl bacardığı tərzdə səliqəli oynayacaq. “Lüdoqorets” üçün də uduzmamaq vacibdir. Ona görə də 1,60 əmsala bərabər Alt-a üstünlük verirəm.

Proqnozum: Alt
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...