“Zenit” – “Krılya Sovetov”: Kim favoritdir?
Konstantin Qeniç
22.07.2022 - 09:30

Konstantin Qeniç (futbol eksperti, Moskva “Spartak”ının sabiq futbolçusu):

Rusiya Premyer Liqasının 2-ci turunda “Zenit” – “Krılya Sovetov” oyunu keçiriləcək. İlk turda Ximkidə xal itirən “Zenit” turnir cədvəlinə başçılıq edən Samara klubunu qəbul edəcək. “Krılya Sovetov” Orenburq səfərində, həqiqətən də, parlaq futbol nümayiş etdirdi. Liderlərini itirməsinə baxmayaraq, “lələklər” müasir, çox sürətli oyun sərgilədi. “Zenit”in işi asan olmayacaq.

Düşünürəm ki, “Zenit” daxilində söhbətlər aparılıb, baş məşqçi Sergey Semak oyunçularına səhvlərini başa salıb. Ancaq samaralılar da görüşə tam döyüş hazırlığı ilə çıxacaq. Ötən mövsüm, “Krılya Sovetov” sankt-peterburqlulara hər iki matçda qol vurmuşdu – 1:2, 1:1.

“Ximki” önündəki uğursuz oyundan sonra “Zenit” bu dəfə hücumda özünü göstərməyə çalışacaq. Digər tərəfdən komandanın etibarlı müdafiəyə sahib olduğunu da söyləmək olmaz. “Zenit”in ləng müdafiə xəttinə qarşı “Krılya Sovetov” sürətli hücumçularla çıxış edəcək.

Proqnozum: Qol/Qol
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...