Kubok savaşında qazanan kim olacaq?
Nikolay Xodaseviç
21.06.2022 - 09:46

Nikolay Xodaseviç (futbol eksperti)

Belarus kubokunun 1/16 finalında klassik ortabablar görüşür. Amma “Smorqon” 1-ci liqanın, “Slutsk” yüksək dəstənin ortababı sayılır.

Təəccüblüdür ki, bukmekerlər bu qarşılaşmada meydan sahiblərinin müsbət nəticə şansını bu qədər yüksək dəyərləndirir. Bəli, “Smorqon” bu il öz meydanında çox yaxşı oynayır: 4 qələbə. Amma fərqli divizionlar arasında səviyyə fərqini unutmaq olmaz. Bu fərq o zaman gözə görünmür ki, elita klubu ilkin mərhələlərdə meydana ehtiyatda qalanlarla əvəzediciləri buraxır.

Həqiqətən də güclülər dəstəsinin əksər klubları belə edir. Lakin “Slutsk”u belə kateqoriyaya şamil etmək olmaz.

Aleksandr Brazeviçin yetirmələri ötən həftəsonu səfərdə Minsk “Dinamo”sunu dayandırıblar. Bu komanda ümumilikdə ili pis keçirmir və kubokda da mümkün qədər irəliləməyə çalışacaq. Burada rəqibə yuxarıdan aşağı baxmaq kimi bir şeyin olacağını düşünmürəm.

Proqnozum: 2
 

dİGƏR mÜZAKİRƏLƏR
Loading...