Ağasəlim Mircavadov yenidən “Xəzər-Lənkəran”da!
12.06.2009 - 14:51
Ağasəlim Mircavadov yenidən “Xəzər-Lənkəran”da!
İqor Ponomaryovun istefaya göndərilməsindən sonra “Xəzər-Lənkəran” klubunun yeni baş məşqçisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, cari mövsümdə avrokuboklardan kənarda qalan cənub təmsilçisini yenidən Ağasəlim Mircavadov çalışdıracaq.

“Xəzər-Lənkəran”ın 5 illik tarixində ən böyük uğurları məhz Mircavadovla bağlıdır. 62 yaşlı mütəxəssis bu komandanı çalışdırdığı 2 ildə ona 1 çempionluq, 2 kubok və “Birlik kuboku” turnirini qazandırıb. Lənkəranlılar titullarını yalnız onun dövründə əldə edib.

Ötən yay UEFA kubokunda Polşanın “Lex” klubuna böyük hesablı (1:4) məğlubiyyətdən sonra istefaya göndərilən Mircavadov bu gün “Xəzər-Lənkəran”ın ofisində rəhbərliklə görüşüb. Rəhbərlik komandanı yaxından tanıyan təcrübəli mütəxəssislə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Anlaşmanın qısa müddətdə rəsmiləşəcəyi gözlənilir.
0