“Xəzər Lənkəran” Maltada heç-heçə etdi
02.07.2013 - 21:39
“Xəzər Lənkəran” Maltada heç-heçə etdi
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirinin açılış matçında “Xəzər Lənkəran” səfərdə ilk görüşünü keçirib.

Təmsilçimiz Malta “Slima”sı ilə münasibətlərinə aydınlıq gətirib. Matçın favoriti kimi göstərilən cənublular ilk yarıda buna uyğun oyun sərgiləyib. Hesabı açan lənkəranlılar böyük üstünlüyə malik olsa da, fərqi artıra bilməyib.

Ta-Qali şəhərinin eyniadlı stadionunda keçirilən görüşün 2-ci hissəsi meydan sahibləri üçün daha uğurlu alınıb. Cüzi üstünlüyə yiyələnən maltalılar hesabda tarazlıq yaradıb. “Xəzər Lənkəran”ın qələbə qazanmaq üçün cəhdlərinə baxmayaraq, Elnur Allahverdiyevin qırmızı vərəqəsindən sonra azlıqda qalan cənublular heç-heçə ilə kifayətlənib.

Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı iyulun 11-də Lənkəranda keçiriləcək.


Avropa Liqası
I təsnifat mərhələsi (ilk oyun)
2 iyul

“Slima” (MALTA) – “Xəzər Lənkəran” (AZƏRBAYCAN) - 1:1
QOLLAR: Oxavuçi. 62 - Nildo, 14
QIRMIZI VƏRƏQƏ: Elnur Allahverdiyev, 8
Baş hakim: Erik Saar (Estoniya)
Ta-Qali stadionunun ehtiyat meydançası

“Slima”: : 12. Qlenn Zammit, 28. Cüzeppe Muskat, 13. Baldaçino Klifford Qatt, 33. Stefano Byançard, 2. Aleks Muskat, 24. Paltemio Barbetti, 25. Matias Muçardi, 8. Mark Sçerri, 10. Stenli Oxavuçi Nka, 7. Con Mintoff, 16. Trevor Silia.
Ehtiyat oyunçular: 1. Qenri Bonello, 15. Dilan Borq, 4. Branislav Timoti, 3. Luka Martinelli, 11. Ariel Laudisi, 9. Dilon Kokavessis, 27. Migelğ Kyantar.
Baş məşqçi: Alfonso Qreko

“Xəzər Lənkəran”: 30. Toni Doblas, 4. Alvaro Silva, 27. Adrian Skarlatake, 21. Radomir Todorov, 5. Elnur Allahverdiyev, 3. Vanderson Skarduelli, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 99. Marin Orsuliç, 11. Zohair Benouahi, 12. Junor Nildo
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı: 8. Eder Bonfim, 6. Rasim Ramaldanov, 9. Uğur Pamuk, 16. Adrian Pit, 23. Nikola Qliqorov, 17. Kazım Kazıımlı
Baş məşqçi: Con Toşak

Oyuna Lənkəran klubu başladı.
İlk qayda pozuntusu meydan sahiblərindən gəldi. Onlar hücumda qaydanı pozdular.
İlk dəqiqələrdə topa lənkəranlılar nəzarət edir.
İlk ciddi həmləni Tounkara yaratdı. Onun cinah keçidindən sonra Orsuliçin zərbəsi dəqiq olmadı.
Maltalıların ilk həmləsi 7-ci dəqiqədə sol cinahdan asmadan sonra qeyri-dəqiq baş zərbəsi ilə başa çatdı.
İlk künc zərbəsini meydan sahibləri yerinə yetirdi.
Tounkaranın fəallığı növbəti təhlükə ilə yadda qaldı. Lakin qapıya zərbə vurmaq mümkün olmadı.
Stadionun növbəti cinah keçidindən sonra Nildo onun ötürməsini yaxın küncə göndərdi - 0:1
Bu braziliyalının yeni klubundakı debüt matçında ilk qolu oldu.
Cənubluların üstünlüyü davam edir. Komanda növbəti qolu vurmağa çalışır.
21-ci dəqiqədə meydan sahibləri təmsilçimizin cərimə meydanınadək irəliləyə bilsə də, orada dəqiqi ötürmə belə verə bilmədi.
Üstünlüyünü davam etdirən cənublular 2-ci qolu vurmaq üçün irəli atılıb.
Elnur Allahverdiyev qayda pozuntusuna görə sarı vərəqə aldı.
Sol cinahdan künc zərbəsi... Lakin Skarduellinin asması havada meydanı tərk etdi.
Doblas onunla üz-üzə qalan Mintoffun qabaqlayıb topa yiyələndi.
34-cü dəqiqədə Skarduellinin ötürməsindən sonra əlverişli mövqedə olan Sadionun zərbəsini qapıçı tuta bildi.
38-ci dəqiqədə Tounkaranın ötürməsindən sonra qapının bir neçə metrliyində olan Skarduellinin zərbəsini qapıçı dəf etdi.
Nildo zədələndiyi üçün matçda fasilə yaranıb.
Cənubluların üstünlüyü artsa da 2-ci qol hələ vurulmayıb.
Orsuliç sarı vərəqə ilə cəzalandı.
Fasilə ərəfəsində meydan sahibləri fəallaşıb. Lakin müdafiədə etibarlı oynayan futbolçularımız təhlükəli əks hücum təşkil etdi.
Orsuliçi kobudluqla dayandıran meydan sahibləri də sarı vərəqə ilə cəzalandı.
Ardınca Alvaro Silva da kobudluq üçün sarı vərəqə aldı.
Hakim ilk yarını başa çatdırdı.
Təmsilçimiz fasiləyə minimal üstünlüklə yollandı.

İkinci hissə başladı.
Meydan sahiblərinin künc zərbəsindən sonra maltalılar qapını düz nişan ala bilmədi.
Nildo 50-ci dəqiqədə yerini daha bir debütant Qliqorova verdi.
Fasilədən sonra maltalılar daha fəal olsa da, müdafiəçilər etibarlı o ynayır.
Bir neçə dəqiqə qısa ötürmələrlə topa nəzarət edən lənkəranlıların hücumumu Qliqorov orta məsafədən zərbə ilə tamamlasa da, dəqiqlik çatmadı.
Lənkəranlıların növbəti təhlükəli həmləsi Vandersonun zədələnməsi ilə başa çatdı. Cərimə zərbəsi isə hədəfə düşmədi.
Doblas Muskatın asmasından sonra inamlı oyandı.
59-cu dəqiqədə Pit meydana daxil oldu. Rumıniyalı Vandersonu əvəzlədi.
İkinci hissədə daha fəal olan maltalılar bərabərlik qolunu vurdu. Mintoffun ötürməsindən sonra Oxavuçi lənkəranlıları məyus etdi.
67-ci dəqiqədə Ramaldanov Oesuliçi əvəzlədi.
Ada təmsilçisinin növbəti təhlükəli hücumu zamanı müdafiəçilər topu küncə çıxara bildi.
Sürətli əks-hücum zamanı Tounkaranı Barbetti kobudluqla dayandırıb sarı vərəqə aldı.
77-ci dəqiqədə topla xeyli irəliləyən Benouahinin güclü zərbəsi qapıdan az aralı keçdi.
Lənkəranlılar yenidən fəallığı ələ keçirib 2-ci qolu vurmağa çalışır.
Benouahi zədələnərək yerdə qalıb.
Allahverdiyev 2-ci sarı vərəqəni almaqla meydandan qovulur.
Lənkəranlılar matçı azlıqda davam etdirmək məcburiyyətində qalıb.
Azlıqda qalan komandamız qələbə topunu vura bilərdi. Sürətli əks-hücum zamanı müdafiəçi son anda Benouahinin ayaqları altından topu küncə çıxardı.
Hakim oyuna 5 dəqiqə əlavə edib.
Qonaqlar son dəqiqələri də hücumda keçirir. Lakin ardıcıl künc zərbələri fayda vermir.
Pitin cərimə zərbəsindən sonra top dirəyin yanından keçdi.
Son saniyədəki cərimə zərbəsini də qapıçı dəf etdi.
Bununla da Maltadakı matç 1:1 hesabı ilə başa çatdı.
0