
Bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilir.
Apasport.az xəbər verir ki, tədbirdə Rövşən Nəcəf AFFA-nın prezidenti seçilib.
R.Nəcəf "Neftçi"nin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidentidir.
Qeyd edək ki, 2008-ci ildən AFFA-ya rəhbərlik edən Rövnəq Abdullayev prezidentliyə namizədliyini irəli sürməyib.
***
11:25
Bu gün AFFA-ya yeni prezident seçiləcək.
Apasport.az xəbər verir ki, bu, “Bulvar Marriott Hotel”də AFFA-nın Hesabat-Seçki Konfransında baş tutacaq.
AFFA prezidentliyinə yeganə namizəd "Neftçi"nin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfdir.
Qeyd edək ki, 2008-ci ildən AFFA-ya rəhbərlik edən Rövnəq Abdullayev namizədliyini irəli sürməyib.