AFFA rusiyalı məşqçiyə təklif göndərə bilər
03.04.2024 - 11:52

Rusiyalı məşqçi Stanislav Çerçesov Azərbaycan millisinə rəhbərlik edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Sport Express" nəşri məlumat yayıb. 60 yaşlı mütəxəssisin yaxın zamanda AFFA-dan təklif ala biləcəyi qeyd olunub.
Materialda Çerçesovun yığmanı çalışdırmağa əsas namizədlərdən olduğu bildirilib.
Qeyd edək ki, sabiq qolkiper 2016-2021-ci illərdə Rusiya millisinə rəhbərlik edib.
0
0