“Araz-Naxçıvan”ın futbolçusu zədəsini sağaldıb
03.04.2024 - 17:17

“Araz-Naxçıvan”ın braziliyalı futbolçusu İqor Ribeyro zədəsini sağaldıb.
Klubun mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, son iki oyunda iştirak etməyən müdafiəçi artıq komanda ilə məşqlərə qoşulub.
28 yaşlı futbolçunun Gəncə klubu ilə matçda iştirak edib-etməyəcəyinə oyun günü aydınlıq gələcək. “Sumqayıt”la görüşdə zədələnərək əvəzlənən fransalı yarımmüdafiəçi Aksel Nqandonun müalicəsi isə davam edir.
0
0