Azərbaycan Kubokunda yarımfinalın cavab oyunlarının təqvimi bəlli olub
29.03.2024 - 14:52

Azərbaycan Kubokunda yarımfinal mərhələsində cavab oyunlarının təqvimi müəyyənləşib.
Apasport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, görüşlər aprelin 24-də baş tutacaq.
"Qəbələ" öz meydanında "Zirə", "Qarabağ" isə Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi" ilə qarşılaşacaq.
Azərbaycan Kuboku
Yarımfinal, cavab görüşləri
24 aprel
17:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu
20:00. “Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika stadionu
0
0