“Birbaşa Bakı” yarımfinala qələbə ilə başladı
17.04.2024 - 10:14

Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, yarımfinala 2 görüşlə start verilib. Bu mərhələnin ilk qarşılaşmaları Bakı Tennis Akademiyasında keçirilib.
“Zirə”ni mübarizədən kənarlaşdıran “Aznur” “Real Bakı” ilə ilk görüşdə bərabərə qalıb - 2:2. Son çempion “Birbaşa Bakı” isə “Odlar Yurdu”nun qapısından 2 cavabsız top keçirib.
Cavab qarşılaşmaları aprelin 20-də gerçəkləşəcək.
0
0