"Qəbələ" "Zirə" ilə oyuna itkilərlə çıxacaq
03.04.2024 - 12:08

“Qəbələ” Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Zirə” ilə səfərdə keçiriləcək ilk oyununun hazırlıq prosesini başa vurub.
Klubun mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, 2 futbolçu komandanın məşqində iştirak etməyib. Asif Məmmədov və Ülvi İsgəndərov bərpa prosesi keçirlər.
Qeyd edək ki, aprelin 3-də Zirə İdman Kompleksinin stadionunda baş tutacaq “Zirə” - “Qəbələ” qarşılaşması saat 19:00-da başlayacaq.
0
0