"Sumqayıt" müdafiəçisi ilə müqavilə müddətini uzatdı
12.03.2024 - 15:14

"Sumqayıt" Ayxan Süleymanlı ilə müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, tərəflər arasında bu mövsümün sonunda başa çatacaq anlaşma 3+1 il şərti ilə artırılıb.
Qeyd edək ki, 20 yaşlı müdafiəçi 2022-ci ildən "gənclik şəhəri" təmsilçisinin şərəfini qoruyur. O, bu vaxta qədər "Sumqayıt"ın heyətində 16 Premyer Liqa oyununda meydana çıxıb.
0
0