“Sumqayıt”ın baş məşqçisi: “Kaş rəsmi müqavilə imzalamazdım”
27.02.2025 - 23:25
“Sumqayıt”ın baş məşqçisi: “Kaş rəsmi müqavilə imzalamazdım”

"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis "Sabah"la matçdan (0:4) sonra klubla rəsmi müqavilə bağlamasından danışıb.

"Kaş ki, rəsmi müqavilə imzalamazdım (gülür). Problem qol imkanlarından istifadə edə bilməməyimizdir. Biz “Sabah” və ya digər komandalardan deyilik ki, oyun ərzində 4-5 epizod yaradaq. Gələn il yüz faiz olacaq. Amma bu il ələ düşən 2-3 imkanı maksimum dəyərləndirməliyik".